Yuxarı

Putin imzaladı: Hindistan təyyarələri Rusiyaya gələcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin imzaladı: Hindistan təyyarələri Rusiyaya gələcək

Rusiya Prezidenti Vladimir Putin Rusiya və Hindistan hökumətləri arasında hərbi qulluqçuların, eləcə də hərbi gəmilərin və təyyarələrin qarşılıqlı olaraq bir-birinin ərazisinə göndərilməsi qaydasına dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Axar.az TASS-a istinadən xəbər verir ki, saziş təkcə hərbi heyətin və texnikanın göndərilməsini deyil, həm də onların maddi-texniki təminatını tənzimləyir.

Müəyyən edilmiş qayda birgə təlimlər və məşqlər zamanı, humanitar yardım göstərilməsi, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması, eləcə də razılaşdırılmış digər hallarda tətbiq olunacaq.

Sənədin ratifikasiyası iki ölkənin hava məkanından qarşılıqlı istifadəni, həmçinin Rusiya və Hindistanın hərbi gəmilərinin bir-birinin limanlarına daxil olmasını sadələşdirir.

Bundan əlavə, saziş dövlətlər arasında hərbi sahədə əməkdaşlığı möhkəmləndirir.

Tarix
2025.12.15 / 23:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla