Yuxarı

Daha bir sosial platforma Rusiyada bloklanacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir sosial platforma Rusiyada bloklanacaq

Rusiyada Yutubun yaxın 6 ay - 1 il ərzində tam bloklanması gözlənilir.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Andrey Svintsov bildirib.

“Bu, platformanın hələ də mövcud Rusiya qanunvericiliyinə məhəl qoymaması ilə əlaqədardır. Öz məzmunlarını paylaşmaq üçün bu platformadan istifadə edən hər kəs maksimum dərəcədə qısa müddət ərzində Rutub, VK Video və sair kimi alternativlərə keçməlidir”, - Svintsov bildirib.

Xatırladaq ki, Yutubun Rusiya seqmentində məhdudiyyətlər 2024-cü ilin yayından tətbiq edilməyə başlayıb.

“Roskomnadzor” həmin vaxt 200-dən çox Rusiya kanalının silinməsi səbəbilə platformaya girişin məhdudlaşdırıldığını açıqlamışdı. Ölkənin böyük mobil operatorları isə 2024-cü ilin dekabrından platformada videoizləməni faktiki bloklayıblar.

Tarix
2025.12.16 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla