Yuxarı

Daha bir ölkə Tehranın təsirindən xilas olur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir ölkə Tehranın təsirindən xilas olur

Xüsusən 12 günlük İran-İsrail qarşıdurmasından sonra Tehranın təsir və müdaxilələrindən əziyyət çəkən bir neçə ölkənin, o cümlədən Livanın İrana qarşı fərqli siyasət yürütməsi İslam Respublikasının tarixində onun nüfuzunun ən aşağı səviyyəyə düşməsindən xəbər verir.

İsraillə qarşıdurmada Livanı özünün ön cəbhəsi kimi görən Tehran son vaxtlar Beyrutun göstərdiyi reaksiyalardan şok olub və bunu İran XİN başçısı Abbas Arakçı da etiraf edib. Tehranın Livanın daxili işlərinə qarışmasına rəsmi Beyrutun son qoymaq istəyinin qətiliyi, xüsusən son vaxtlar Livanın yüksək vəzifəli rəsmilərinin mövqelərindəki dəyişikliklərdə, bəyanatlarda da özünü göstərir. Bunun ən bariz nümunələrindən biri Livan xarici işlər naziri Yusif Racinin İranın XİN başçısı Abbas Arakçının dəvətindən imtina etməsidir. İranlı həmkarının Tehrana səfər dəvətini rədd edən Raci Arakçı ilə görüşünün yalnız razılaşdırılmış üçüncü neytral ölkədə baş tuta biləcəyini bildirib.

Bununla eyni vaxtda Livan parlamentinin millət vəkili Qiyas Yezbək xarici işlər naziri Yusif Raciyə müraciət edərək, İran nüfuzunun qarşısının alınması üçün bir neçə təklif və tələb irəli sürüb.

O, İran səfirinin dərhal ölkədən qovulmasını, Tehran rejiminin yeni səfirinin etimadnaməsini qəbul etməməyi və Tehrandan heç bir səfirin Livana girməsinə icazə verilməməsini tələb edib.

Tehranın dağıdıcı nüfuzuna və İran rejiminin Hizbullah qruplaşmasına birbaşa dəstəyinə toxunan Yazbek tələblərinin Livanın milli suverenliyini qorumaq üçün zəruri olduğunu vurğulayıb.

Livanlı siyasətçilərin də vurğuladığı kimi, Tehran və Beyrut arasında gərginliyin əsas səbəbi İran hökumətinin Hizbullah silahlı qruplaşmasına hərtərəfli dəstək verməsindən qaynaqlanır. Bu günə kimi müxtəlif səbəblərə, o cümlədən mərkəzi hakimiyyətin zəif, Hizbullahın isə güclü olmasına görə baş verənlərə dözən rəsmi Beyrut İranın və Hizbullahın zəifləməsindən sonra ölkədə və qonşuları ilə münasibətdə yeni siyasi dövrün başlamasına qərar verib.

Son vaxtlar baş verənlər göstərir ki, Livan hökuməti Tehranın Hizbullaha SEPAH-ın bölmələrindən biri, İranın bölgədə mənafeyini qoruyan hərbi qüvvəsi kimi baxmasını qəbul etməməkdə israrlıdır. Ona görə ki, həm də Tehranın Hizbullahı Livan hökumətinə paralel bir gücə çevirməsi ölkənin suverenliyini şübhə altına almaqla yanaşı, Tehranla Təl-Əviv arasında ehtimal olunan ikinci müharibədə Beyrutu İsrailin yaxın hədəfinə çevirə bilər. O da aydındır ki, İranın Livan məsələsinə qarşı hazırkı siyasətinin davam etdirilməsi yalnız daxili mənzərənin mürəkkəbliyini artırmaqla yanaşı, həm də Livanı İsraillə yeni bir müharibə riski ilə üzləşdirəcək.

Regiondakı vəziyyətin çox qeyri-sabit olduğu və Livanın iqtisadi və hərbi cəhətdən böhran keçirdiyi bir vaxtda bu, sözün həqiqi mənasında Livanı əvvəlkilərdən daha ağır nəticələrlə üzləşdirə, ölkənin suverenliyini ciddi təhlükə altına ata biləcək yeni macəralara sürükləyə bilər. Eyni zamanda bu, İranın zəifləməsi ilə bölgədə özünün təsir və nüfuzunu artırmağa çalışan İsrailin Livana geniş miqyaslı hərbi müdaxiləsinə, təhlükəsizlik zolağı adı altında Livandan torpaq qoparmasına da zəmin yaradar.

7 oktyabr terror hücumundan sonra İsrailin Qəzzada keçirdiyi geniş hərbi əməliyyatlara reaksiyası göz qabağında olan Tehran hökuməti isə bu dəfə də Livanın daha dərin böhran və işğalla üzləşməsi hesabına özünün ömrünü bir müddət də uzanmış olar. Livan hökumətinin isə son hərəkətləri bunun qəti şəkildə qarşısının alınmasına yönəldiyinə işarə edir.

Tarix
2025.12.17 / 07:00
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze

Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto

Vilayəti erməni səfirlə görüşdü, TRIPP-a qarşı çıxdı

Böyük Britaniya elçisindən Azərbaycanla bağlı açıqlama

Ermənistanla bağlı bu addımları atacağıq - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla