Yuxarı

Rusiya bu türk ölkəsini təhdid etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya bu türk ölkəsini təhdid etdi

Qazaxıstanın öz ərazisində NATO standartlarına uyğun artilleriya mərmilərinin istehsalını qurmaq qərarı Rusiyaya qarşı qeyri-dost addımdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov deyib.

“Qardaş kimi görünən bir respublikanın nəinki rus dilindən, həm də kiril əlifbasından necə tez bir zamanda imtina etdiyini görməməyə çalışırıq. Həmçinin Ukraynanı dəstəkləmək üçün necə “yurdlar” qurduqlarını. İndi isə onlar NATO sursat standartlarına keçirlər və açıq şəkildə gələcəkdə Rusiya silahlarından imtina etmək, onları Qərb silahları ilə əvəz etmək niyyətindədirlər”, - o bildirib.

Juravlyov xatırladıb ki, 1992-ci ildə Qazaxıstan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil edilib və 1994-cü ildə ölkə NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” adlı çərçivə sazişi imzalayıb:

“Dərhal sual yaranır: NATO niyə Qazaxıstanla bu qədər maraqlanır? Bəlkə də Rusiya ilə həmsərhəd olduğuna görə və bu ölkə başqa bir rusofob forpostuna çevrilə bilər? NATO ilə bu əməkdaşlığın Kiyev üçün nə demək olduğunu hamımız bilirik”.

Qeyd eədk ki, Qazaxıstanın yüksək rütbəli hərbi rəsmisi RTVI televiziya kanalına verdiyi açıqlamada ölkə ordusunun döyüş hazırlığının hazırda Sovet dövründən qalan silah anbarlarından, eləcə də Rusiya təchizatından asılı olduğunu bildirmişdi. Qazaxıstan özünün sursat təchizatını təmin etmək üçün ASPAN milli layihəsinin bir hissəsi olaraq, təkcə Rusiya standartlarına deyil, həm də NATO standartlarına uyğun artilleriya sursatı və mina istehsal edəcək dörd hərbi zavod tikmək qərarına gəlib.

Tarix
2025.12.17 / 17:10
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla