Yuxarı

İmran Xanla həyat yoldaşına 17 il həbs verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmran Xanla həyat yoldaşına 17 il həbs verildi

Pakistan məhkəməsi sabiq baş nazir İmran Xanı və həyat yoldaşı Büşra Bibini Toşaxana (hədiyyələrin saxlandığı rəsmi dövlət anbarı) ilə bağlı ikinci korrupsiya işi üzrə 17 il həbs cəzasına məhkum edib.

Axar.az Report-a istinadla xəbər verir ki, söhbət sabiq baş nazir və həyat yoldaşının 2021-ci ildə Səudiyyə Ərəbistanı hökumətindən aldığı dövlət hədiyyələri ilə bağlı ehtimal olunan dələduzluqdan gedir.

Məhkəmə İmran Xanı və Büşra Bibini "etibardan sui-istifadə" maddəsi ilə 10 il, "Korrupsiyanın qarşısının alınması" haqqında qanunun müxtəlif maddələri ilə isə 7 il həbs cəzasına məhkum edib. Bundan başqa, onlara 16,4 milyon Pakistan rupisi (təxminən 60 min ABŞ dolları) məbləğində cərimə təyin edilib.

Cinayət işi 2024-cü ilin iyulunda açılıb. İstintaq İmran Xan və Büşra Bibinin bahalı saatlar, zinət əşyaları kimi qiymətli hədiyyələri Toşaxanaya təhvil verməyərək satdığını iddia edir.

Tarix
2025.12.20 / 12:32
Müəllif
Axar.az
Digər xəbərlər

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla