Yuxarı

Rusiya inanılmaz yola əl atır: 61 trilyon əldə edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya inanılmaz yola əl atır: 61 trilyon əldə edəcək

Rusiya əhalinin banklarda olan əmanətini istifadə etməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov Planet TV-yə müsahibəsində deyib.

O bildirib ki, Rusiya hazırda vergiləri qaldıra bilmir, çünki maksimum səviyyədə artırıb, o cümlədən əlavə investisiya cəlb edə bilmir, bəlli səbəblərdən borc götürmək imkanı da yoxdur:

“Rusiya bütün resurslarını xərcləyib və hazırda son variant kimi əhalinin əmanətlərindən istifadə etməyi nəzərdən keçirir. Rusiya əhalisinin banklarda 61 trilyon rublu var və bu, təxminən, 800 milyard dollara yaxın vəsait deməkdir. Bu, Rusiyanın 2022-ci ildə başlayan müharibədən indiyədək xərclədiyi vəsaitdən daha çoxdur. Yəni bu vəsait Rusiyaya kömək edə biləcək”.

F.Yusifov onu da deyib ki, bu, faktiki müsadirə olsa da, Rusiya rəsmiləri bunu belə adlandırmır:

“Deyirlər ki, lazım olduğu üçün götürülür və insanları vətən naminə buna normal yanaşmağa çağırırlar, guya 5-10 ildən sonra dividentləri ilə birgə qaytarılacaq. Ancaq 10 ildən sonra nələr olacağını kimsə bilmir”.

Tarix
2025.12.20 / 23:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla