Yuxarı

İsveç Rusiya bayrağı altında üzən gəmini saxladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveç Rusiya bayrağı altında üzən gəmini saxladı

Dekabrın 21-i gecəsi İsveç hakimiyyəti mühərrikində nasazlıq yarandıqdan sonra ölkənin cənub sahillərində lövbər salmış Rusiya bayrağı altında üzən "Adler" gəmisini yoxlayıb.

Axar.az xəbər verir ki, bu barədə İsveç Gömrük Xidməti məlumat yayıb.

Gömrük rəsmiləri Sahil Mühafizəsindən kömək istəyiblər. Eyni zamanda Milli Operativ Qrup da əməliyyatda iştirak edib və İsveç Təhlükəsizlik Polisi (SEPO) və Dövlət Prokurorluğu istintaqa cəlb olunub.

İsveç gömrük nümayəndəsi Martin Höglund bildirib ki, hazırda gəmidə axtarışlar davam edir: "Biz yükü və sənədləri sistemli şəkildə yoxlayırıq; bütün bunları gömrük yoxlaması zamanı etmək hüququmuz var. Gəmi İsveç sularındadır və məlum səbəblərdən burada lövbər salmamalı olduğu üçün gömrük bəyannaməsini təqdim etməyib. Ekipaj iddia edir ki, mühərrikdə problemlər mövcuddur".

"Adler" gəmisi 20 dekabr gecəsi Öresund boğazından şimala doğru hərəkət edərkən mühərriki sıradan çıxıb. İsveç sahillərində təcili yardım siqnalı alındıqdan sonra gəmi Kulla yarımadasında lövbər salıb. Gəmi ABŞ və AB sanksiya siyahılarında olan Rusiyanın "M Leasing LLC" şirkətinə məxsusdur.

Tarix
2025.12.21 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla