Yuxarı

Rusiyada ciddi bahalaşma: Əhali Yeni ili belə qarşılayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada ciddi bahalaşma: Əhali Yeni ili belə qarşılayır

Rusiya Yeni il şənliklərinə hazırlaşır, lakin bu, istehlakçı fəallığının nəzərəçarpacaq dərəcədə azalması fonunda baş verir. Xüsusən də bahalaşma səbəbindən ruslar ciddi şəkildə qənaət etməyə məcbur olurlar.

Axar.az xəbər verir ki bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

"Qənaətə doğru ümumi tendensiya yaranır: ruslar getdikcə lazımsız xərcləri azaldır və özlərini minimum mal və xidmətlə məhdudlaşdırırlar. 2026-cı ili qeyd etmələri üçün orta büdcə təxminən 14 min rubl (297 manat) təşkil edir, bu da 2025-ci il üçün planlaşdırılan məbləğin demək olar ki, yarısıdır", - məlumatda deyilib.

Bildirilir ki, bu tendensiya ərzaq, mənzil-kommunal xidmətlər və geyim qiymətlərinin artması ilə bağlıdır. Belə ki, hətta ənənəvi Yeni il süfrəsi də dəyişikliklərə məruz qalıb.

Ruslar xaricə səyahət etmək əvəzinə, xərcləri bölüşmək üçün çox vaxt böyük qruplar şəklində ölkə daxilində bağ evlərini kirayə götürməyi üstün tuturlar.

Tarix
2025.12.22 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla