Yuxarı

Əsəd ailəsinin Moskvada dəbdəbəli həyatı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsəd ailəsinin Moskvada dəbdəbəli həyatı - Video

Suriyada hakimiyyət dəyişikliyindən sonra Rusiyaya qaçan devrilmiş prezident Bəşər Əsədin ailəsi Moskvada dəbdəbəli həyat sürür.

Axar.az xəbər verir ki, bu barədə ”Nyu York Tayms” Əsədin qohumlarına, ailə dostlarına və keçmiş Suriya rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, Əsədi Moskvadakı Federasiya Qülləsinin 62-ci mərtəbəsində yerləşən “Siksti” restoranında şam edərkən görüblər:

“Bu restoran Rusiya siyasi elitasının üzvləri və xarici məşhurların sevimli məkanıdır. Keçmiş prezident VİP qonaqlardan biri olub. Əsəd və ailəsi əvvəlcə həftəlik kirayə haqqı 13 min dollara çatan “Fo Sizns” otelində yaşayıb. Daha sonra onlar Federasiya Qülləsindəki iki mərtəbəli penthausa, oradan isə Rublyovkadakı bir evə köçüblər. Həmçinin Əsəd oftalmologiya üzrə təhsil alır (O, tibbi təhsilini Dəməşq və Londonda alıb). Rusiya kəşfiyyat xidmətləri Əsədi qorumağa və onun hərəkətlərini izləməyə davam edir”.

Qeyd olunub ki, Əsədin qardaşı, Respublika Qvardiyasının keçmiş komandiri Mahir Əsəd də Moskvadakı “Fo Sizns”da yaşayıb:

“Daha sonra tanışları onu Moskvadakı “Kapital Tovers”in yanında görüblər. Bəşər və Mahirin qızları BƏƏ-də ölkə hakimiyyətinin icazəsi ilə yaşayırlar. Bəşər Əsəd Rublyovkadakı evində qızı Zeyn üçün dəbdəbəli bir ziyafət təşkil edib. Mahir Əsədin qızı Şam Dubayda iki günlük şənlik keçirib. Əvvəlcə fransız restoranı “Bagatelle”də, daha sonra isə şəxsi yaxtada”.

Nəşr devrilmiş hakimiyyətin kimyəvi silah hazırlayan 55 keçmiş yüksək vəzifəli məmurunun, hərbi qulluqçusunun, kəşfiyyat orqanı rəhbərlərinin və alimlərinin yarısının harada olduğunu da müəyyən edib:

“79 yaşlı keçmiş kəşfiyyat rəisi Əli Məmlük Moskvada Rusiya büdcəsi hesabına ödənilən mənzildə yaşayır. Əsəd rejiminin narkotik imperiyasının liderlərindən biri olan Həsən Bilal da Moskvada yaşayır. O, ailəsinin Dubaydan İspaniyaya qədər xaricdəki rahat həyatının xərclərini ödəyir. Dinc etirazçıların güllələnməsi əmrini verən 63 yaşlı keçmiş hərbi komandir Camal Yunis də Moskvada skuter sürərkən görüntülənib. İşgəncə və cinsi təcavüzdə ittiham olunan keçmiş müdafiə naziri Əli Abbas və Baş Qərargah rəisi Əbdül Kərim İbrahim Moskvadakı “Yevropeysk” ticarət mərkəzində gəzərkən görüntülənib”.

Tarix
2025.12.23 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla