Yuxarı

Çin Ukraynaya çağırış etdi: Səhvini düzəlt...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin Ukraynaya çağırış etdi: Səhvini düzəlt...

Ukrayna Prezidenti Vladimir Zelenskinin Çin vətəndaşlarına qarşı sanksiyaların tətbiq oluna biləcəyi ilə bağlı açıqlamalarından sonra Pekin rəsmi Kiyevə müraciət edib.

Axar.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyan deyib.

“Çin BMT mandatı olmadan tətbiq edilən və beynəlxalq hüququ pozan birtərəfli sanksiyalara ardıcıl şəkildə qarşı çıxır. Pekin öz vətəndaşlarının və şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq. Biz Ukrayna tərəfinə yol verilmiş səhvləri düzəltməyi qəti şəkildə tövsiyə edirik”, - Tsyan bildirib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ilin sonuna qədər Rusiyanın hərbi sənayesi ilə əməkdaşlıq edən şəxslərə qarşı sanksiyaların tətbiq ediləcəyini açıqlamışdı. Sözügedən siyahıya Çin vətəndaşlarının da daxil edilə biləcəyi bildirilir.

Tarix
2025.12.23 / 16:01
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla