Yuxarı

Hindistan və Çin müharibəyə hazırlaşır? - Böyük sərmayə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan və Çin müharibəyə hazırlaşır? - Böyük sərmayə

Hindistan və Çin Himalay dağlarında yerləşən ortaq sərhədlərinin ucqar dağlıq bölgələrində nəqliyyat və hərbi infrastrukturun inkişafına böyük vəsaitlər yatırırlar.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnalı” məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, 2020-ci ildə sərhəddə baş vermiş toqquşmalar Hindistan üçün bu istiqamətdə narahatedici bir zəifliyi üzə çıxarıb:

"Çin onilliklər ərzində sərhədyanı regionları boyunca geniş dəmir yolu və avtomobil yolları şəbəkəsi qurduğu halda, Hindistan Himalaylardakı öz sərhəd bölgələrinin müdafiəsi üçün lazım olan infrastrukturu demək olar ki, inşa etməmişdi.

2020-ci ildə sərhəd toqquşmaları baş verdikdə, hər iki tərəfdən məhdud itkilər qeydə alınsa da, Çin bir neçə saat ərzində operativ şəkildə əlavə qüvvələr göndərə bildi. Hindistana isə bölgəyə əlavə qüvvələr çatdırmaq üçün bir həftə lazım oldu.

Pis vəziyyətdə olan dağ yollarına görə Hindistanın bəzi yüksək dağlıq əraziləri qışın sərt hava şəraitində həftələrlə təcrid vəziyyətində qalır. İndi isə Yeni Dehli bu səhvi düzəltməyə çalışır. Ən iddialı layihələrdən biri Hindistanın şimalında, təxminən 3,5 kilometr yüksəklikdə dağlardan keçən Zoji La tunelidir. Dəyəri 750 milyon dollardan çox olan bu layihə üzərində işlər 2020-ci il toqquşmalarından bir neçə ay sonra başlanıb".

“Uzunluğu 15 kilometr olan tunelin iki il ərzində tamamlanması planlaşdırılır. Bu tunel güclü qar səbəbindən ilin yarısını ölkənin qalan hissəsindən təcrid olunan Ladax dağlıq bölgəsindəki sərhəd postlarına logistik çıxışı asanlaşdıracaq”, - bunu Hindistanın Şimal Komandanlığının keçmiş komandanı, general-leytenant Dipendra Sinqh Huda bildirib.

VSJ-nin yazdığına görə, Hindistan və Çin sərhədində mübahisəli ərazilərdən biri Panqonq-Tso gölüdür. Bu ərazidə uzun illər ərzində Hindistan və Çin qoşunları arasında toqquşmalar baş verib. 2020-ci il hadisələrindən sonra hər iki tərəf bu gölə aparan yollarda və digər infrastruktur obyektlərində daha fəal tikinti işlərinə başlayıb:

“Keçən il Çin gölün şimal və cənub sahillərini birləşdirən körpünün tikintisini başa çatdırıb ki, bu da qoşunlara gölü dolanmadan birbaşa keçməyə imkan verir. Hindistan da buna cavab olaraq öz forpostlarını genişləndirib, sahilboyu və yaxınlıqdakı bazalarda yolları modernləşdirib.

Hindistan həmçinin 30-dan çox helikopter meydançası inşa edib və sərhəd boyunca bir neçə uçuş-enmə zolağını yeniləyib və ya yeni zolaqlar çəkib.

Son illərdə Çin sərhədə qoşun göndərməklə və vaxtaşırı qarşıdurmalar yaratmaqla getdikcə daha çox özünəinam nümayiş etdirir.

Müstəqil analitiklərin fikrincə, Hindistanın infrastruktur səyləri mübahisəli sərhəd əraziləri uğrunda münaqişə ehtimalını daha da artırır. 2020-ci ildəki toqquşma qismən Çinin Hindistanın sərhədə yaxın yeni yol tikintisini dayandırmaq istəyi ilə bağlı olub”.

Tarix
2025.12.26 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla