Yuxarı

Türkiyə əməliyyat keçirə bilər: Nə ABŞ, nə də Rusiya...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə əməliyyat keçirə bilər: Nə ABŞ, nə də Rusiya...

Suriyada PKK terror təşkilatının qanadı olan SDQ-yə qarşı hərbi əməliyyat keçirilə bilər.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber7.com” saytı məlumat yayıb.

Bildirilib ki, Suriyada 10 Mart razılaşmasının həyata keçirilməsi üçün son tarix olan 31 dekabra az vaxt qalıb:

“2025-ci il martın 10-da imzalanan müqavilədə SDQ-nin Suriya ordusuna qoşulması, hava limanları, neft yataqları, İraq və Türkiyə ilə sərhəd-keçid məntəqələri də daxil olmaqla, bölgədəki bütün inzibati strukturların mərkəzi hökumətə verilməsi nəzərdə tutulurdu. SDQ-yə bu müddəaları tamamlamaq üçün 31 dekabr 2025-ci ilə qədər vaxt verilmişdi. Ancaq müqavilə imzalanandan bəri SDQ heç bir addım atmayıb. Səkkiz maddəlik razılaşmanın heç bir bəndi yerinə yetirilməyib.

Dəməşq rəhbərliyinin dekabrın 31-dən sonra izləyəcəyi yol xəritəsi də bəlli olub. Əldə edilən məlumata görə, terrorçulara verilən vaxt da uzadılmayacaq”.

Qeyd olunub ki, Türkiyə SDQ-yə qarşı hərbi əməliyyat olacağı təqdirdə Suriya hökumətinə dəstəyə hər an hazırdır:

“Fəratın şərqində həyata keçirilməsi planlaşdırılan əməliyyatda Dəməşq administrasiyası istəsə, Türkiyə də dəstək verəcək. Hətta Türkiyə milli müdafiə naziri də bunu bir neçə dəfə bəyan edib. O bildirib: "Türkiyə 2016-cı ildə Suriyada bir neçə dəfə əməliyyat keçirərkən ABŞ da, Rusiya da bölgədə idi. Biz heç kimdən icazə almadan lazım olanı etdik və bitirdik. Gələcəkdə ehtiyac yaranarsa, heç kimdən icazə almadan lazım olanı edəcəyik”.

Tarix
2025.12.27 / 10:34
Müəllif
Samir Soltanov
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla