Yuxarı

Putin Əsəddən necə imtina edib? - Detallar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Əsəddən necə imtina edib? - Detallar

Suriyada Əsəd rejiminin devrilməsi və yeni hökumətin qurulmasından sonra uzun illər rejimi ayaqda saxlamağa çalışan Rusiyanın Əsədə dəstəyini necə kəsdiyi və ondan imtina etdiyi sualı maraq doğurub.

Axar.az xəbər verir ki, Suriya xarici işlər naziri Əsəd əş-Şeybani məsələ ilə bağlı Səudiyyə Ərəbistanı mediasına açıqlama verib.

XİN başçısı Əl-Bab sərhəd-keçid məntəqəsində Rusiya rəsmisi ilə üzbəüz görüşdüklərini və bu görüşdən sonra hər şeyin dəyişdiyini bildirib.

O əlavə edib ki, həmin rəsmi şəxs onlara "Putin bəyanatı oxudu və bəyəndi. Biz mesajı aldıq və bunun nə demək olduğunu anladıq" deyib:

“Rusiyanın rejimlə ittifaqı səhv idi, lakin səhvlər düzəldilə bilər. Bu mövqe nəzərdən keçirilə bilər, əməkdaşlıq yenidən bərpa oluna bilər. Ancaq etibarsız rejimlə deyil, xalqla. Biz bu mesajı Rusiya tərəfinə çatdırdıq”.

Şeybani rusların Əsədə dəstəkdən imtina etməsini belə izah edib:

“Ruslara bildirildi ki, onlar Suriya xalqına xidmət etməsi qarşılığında ölkədəki hərbi varlığını davam etdirə biləcəklər. Eyni zamanda vurğuladıq ki, Bəşər Əsədi devirmək Rusiyanın Suriyanı tərk etməsi anlamına gəlmir. Əsas ifadə aydın və birmənalı idi: "Gələcəyinizi Bəşərə bağlamayın. O, müvəqqətidir. Sizin əlaqə qura biləcəyiniz bir hökumət var". Bundan sonra ruslar Əsəd rejiminə dəstək verməkdən imtina etdilər”.

XİN başçısı qeyd edib ki, ruslar onlardan Dəməşqə hansı vaxta kimi çata biləcəklərini də soruşublar:

“Mən "48 saata" dedim. Bundan sonra onlar Dəməşqdən çıxmağa başladı. Onları kim gördü? Bəşərin adamları. Bu, onların süqutuna səbəb oldu”.

Tarix
2025.12.27 / 15:45
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla