Yuxarı

Ermənistanda Azərbaycan benzini üçün növbə yaranıb - Mirzoyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda Azərbaycan benzini üçün növbə yaranıb - Mirzoyan

Azərbaycan benzinini almaq Ermənistan vətəndaşları üçün çox sərfəlidir, öyrənmişəm ki, növbələr də var.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyada bildirib.

"Sülh yaranıb, əməkdaşlıq cəhdləri var, amma bu o demək deyil ki, biz lazımi yolu başa vurmuşuq", - nazir deyib.

Ararat Mirzoyan əlavə edib ki, Ermənistan Azərbaycanla birbaşa ticarətin qurulmasını müzakirə edir:

"İnanıram ki, biz sülhün institutlaşdırılması istiqamətində və təcrübəyə əsaslanan əməkdaşlıqda nə qədər irəliləsək, cəmiyyətimizdə mövcud olan psixoloji çətinlikləri bir qədər kənara qoysaq, belə ssenarilər bir o qədər reallaşacaq".

Qeyd edək ki, Azərbaycan 1220 ton Aİ-95 benzinini Gürcüstan-Ermənistan dəmir yolu vasitəsilə Ermənistana çatdırıb. Bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın görüşündə əldə olunub.

Tarix
2025.12.28 / 23:08
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla