Yuxarı

Ukrayna ordusu niyə geri çəkildi? - Komandan açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna ordusu niyə geri çəkildi? - Komandan açıqladı

Serebryanski meşəsi, Beloqorovka və Seversk — II Dünya müharibəsi dövründə də ağır döyüşlərin getdiyi ərazilər olub. Ərazinin özü üstünlük təşkil edən yüksəkliklərdən, Beloqorovkadakı kimi dağlardan ibarətdir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski qoşunların niyə Severskdən geri çəkilməli olduqlarını və bunun əlavə təhlükələr yaradıb-yaratmayacağı barədə danışarkən deyib.

“İstehkamlar hələ o vaxtlar inşa olunmuşdu. Onlar o zaman da tab gətirmiş və dayanıqlı müdafiənin aparılmasını təmin etmişdi. Digər tərəfdən, bu istiqamət uzun müddət prioritet olmayıb. Çünki düşmən sadəcə olaraq hücum əməliyyatları aparmaq imkanına malik deyildi. İrəliləmə cəhdləri olub. Bəli, briqadalar mövqelərdə dayanmışdı. Onlar hücumu davam etdirirdilər, lakin döyüşlərin intensivliyi digər istiqamətlərlə müqayisədə daha aşağı idi”, – deyə baş komandan bildirib.

Sırskinin sözlərinə görə, Severskin müdafiəsi problemli hala gəlib:

“Orada müdafiə olunan bölmələri sadəcə ölümə tərk etmək düzgün olmazdı. Buna görə də müvafiq qərar qəbul olundu. Qoşunlar üstünlük təşkil edən yüksəkliklərə çəkildi. Geri çəkilmək üçün imkan var idi. Düşmən də bundan istifadə etməyə çalışır, amma buna nail ola bilmir. Bu istiqamətdə müvafiq tədbirlər planlaşdırılır. Bu istiqamət barədə deyə biləcəyim hər şey budur”.

Qeyd edək ki, daha öncə rus ordusunun sözügedən istiqamətdə irəlilədiyinə dair xəbərlər yayılıb.

Tarix
2025.12.29 / 22:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla