Yuxarı

Almaniya müharibəyə hazırlaşır? - Məxfi plan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya müharibəyə hazırlaşır? - Məxfi plan

Almaniya son dövrlərdə baş verən kiberhücumlar, diversiyalar və dezinformasiya kampaniyalarının yeni bir müharibənin başlanğıcı ola biləcəyindən ehtiyat edir.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşrinin tanış olduğu məxfi hökumət sənədində bildirilir.

Qeyd olunur ki, Almaniyada Berlinin genişmiqyaslı münaqişə zamanı ölkə ərazisinin müdafiəsini necə təşkil edəcəyini təsvir edən Operativ Plan hazırlanıb. Ölkənin hərbi mütəxəssisləri NATO ölkələrinə qarşı yönəlmiş Rusiyanın fəaliyyətlərini diqqətlə izləyirlər.

Sənəddə bildirilir ki, hibrid hücumlar hərbi qarşıdurmaya hazırlıq məqsədi daşıya bilər.

Nəşrə danışan mənbələrin sözlərinə görə, kiberəməliyyatlar və təsir kampaniyaları hərbi eskalasiyanın bir hissəsi kimi qiymətləndirilir.

Bundan əlavə, sənəddə vurğulanır ki, Almaniya müharibə vəziyyətində NATO-ya üzv ölkələrin, erkən mərhələdə düşmən təzyiqi ilə üzləşə biləcək qüvvələri üçün operativ baza və tranzit dəhlizi rolunu oynaya bilər.

Sənəddə həmçinin mümkün hərbi münaqişədə mülki strukturların əhəmiyyəti xüsusi qeyd olunur. Məsələn, nəqliyyat şəbəkələri, enerji təchizatı, tibbi xidmətlər və özəl podratçılar hadisələrin inkişafına təsir göstərən əsas amillər kimi dəfələrlə xatırladılır.

Tarix
2025.12.31 / 09:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla