Yuxarı

Milli Məclis binasına hücum: Üç millət vəkili yaralandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Məclis binasına hücum: Üç millət vəkili yaralandı

Liviyanın paytaxtı Tripolidə müvəqqəti Milli Məclis Ümumi Konqres binasına təşkil edilən hücumda 3 millət vəkilinin yaralandığı bildirilib.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Məclis sözçüsü Əmr Humeydan açıqlama verərək belə deyib: "Əllərində odlu silahlar və kəsici alətlər olan bir qrup Konqres binasına zorla girərək binanın bəzi hissələrini atəşə tutub".

Humeydan Məclisin Komissiya üzvü Əbdürrəhman əs-Suveyhlinin açılan atəş nəticəsində, Məhəmməd əl-İmari və Əhməd əl-Buninin döyülərək yaralandığını bildirib. Şahidlər də Milli Konqresin 2014-cü ilin fevral ayında keçirilməli olan seçkilərin tarixinin 1 il təxirə salaraq vəzifə müddətini uzatma qərarı almasına etiraz edərək nümayişçilərin məclis binasının şüşələrini qırdığını və zor gücü ilə içəri daxil olaraq bəzi əşyalara atəş açdıqlarını bildiriblər.

Qeyd edək ki, Liviyada Milli Konqres demokratik təşkilatların işini tamamlamamasını əsas gətirərək əvvəlcədən müəyyənləşdirilmiş 2014-cü ilin fevralında keçirilməli olan seçkinin tarixini bir il uzatma qərarı almışdı.

Tarix
2014.03.03 / 08:30
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla