Yuxarı

Zelenskidən Rusiyanın Kiyevə zərbə endirməsinə reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskidən Rusiyanın Kiyevə zərbə endirməsinə reaksiya

Bu gecə Rusiya qoşunları Kiyevdə stasionar şöbənin fəaliyyət göstərdiyi xəstəxanaya zərbə endirib. Pasiyentlər təcili təxliyə olunub, xəsarət alanlar var, bir nəfər isə həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında yazıb.

Zelenski bütün zərərçəkənlərə zəruri tibbi yardım göstərildiyini bildirərək, həlak olan şəxsin ailəsinə başsağlığı verib. Onun sözlərinə görə, xəstəxana bərpa olunacaq.

Zelenski həmçinin gecə saatlarında Rusiyanın 165 zərbə PUA-sı ilə kütləvi hücum həyata keçirdiyini, onlardan təxminən 100-nün “Şahid” PUA-ları olduğunu bildirib.

Zərbələr nəticəsində ölkənin müxtəlif bölgələrində yeni dağıntılar və enerji təchizatında fasilələr qeydə alınıb. Fəsadların aradan qaldırılması üzərində təmir briqadaları, enerjinin bərpası üçün lazım olan avadanlıqlar və fövqəladə xidmətlər çalışırlar.

Tarix
2026.01.05 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla