Yuxarı

Trampın çıxışı panika yaratdı: Xamenei təcili məxfi iclas çağırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın çıxışı panika yaratdı: Xamenei təcili məxfi iclas çağırdı

ABŞ Prezidenti Donald Trampın İrana mümkün zərbə barədə açıqlamasından sonra, 2 yanvar tarixində İranın Ali Milli Təhlükəsizlik Şurası gecə saatlarında təcili iclas keçirib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti mənbələrə istinadla yazıb.

Bildirilib ki, iclasın əsas mövzusu kütləvi iğtişaşların qarşısını almaq üçün etirazların minimum zorakılıqla qarşısının alınması olub. Mümkün hərbi hücumların ssenariləri də müzakirə edilib.

Mənbələrə görə, davam edən etirazlar fonunda yüksək vəzifəli hökumət rəsmiləri qapalı müzakirələrdə İslam Respublikasının yaşam mücadiləsi apardığını etiraf ediblər. Qeyd olunub ki, hakimiyyətin həm sosial gərginliyi artıran iqtisadi böhrana, həm də İsrail və ABŞ ilə münaqişənin şiddətlənməsi təhlükəsinə cavab vermək üçün məhdud vasitələri var.

Həmçinin vurğulanıb ki, İslam Respublikasının Prezidenti Məsud Pezeşkian vəziyyətin pisləşəcəyi təqdirdə mümkün addımları müzakirə etmək üçün ötən həftə İqtisadi Məsləhət Komitəsi ilə iki təcili görüş keçirib.

Qeyd edək ki, İranda ümumölkə etirazları demək olar ki, bütün ölkəyə yayılaraq 78 şəhərdə davam edir. Bu etirazlarda ölənlərin sayı da artmaqdadır: son məlumatlara görə, yaralananların sayı 50-ni keçib.

Tarix
2026.01.05 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla