Yuxarı

AB Maduroya görə niyə susur? - Tramp qorxusu...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB Maduroya görə niyə susur? - Tramp qorxusu...

ABŞ Prezidenti Donald Trampı qəzəbləndirməkdən və təhlükəsizlik sahəsində dəstəyini itirməkdən ehtiyat edən Avropa Birliyi faktiki olaraq Venesueladakı vəziyyətə aydın qiymət verməkdən yayınır və bununla da suverenliyin və beynəlxalq qaydaların müdafiəsi ilə bağlı öz arqumentlərini zəiflədir.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri yazıb.

“Milli liderlərin, siyasətçilərin və ekspertlərin haqlı olaraq beynəlxalq hüququn pozulması kimi qiymətləndirdiyi bu əməliyyat AB hökumətləri qarşısında ciddi hüquqi və mənəvi suallar qoyur”, – məqalədə qeyd olunur.

Bildirilir ki, dörd il ərzində Avropa Birliyi Ukraynaya silah və maliyyə yardımı göstərilməsini suverenliyin və ərazi bütövlüyünün müdafiəsi zərurəti ilə əsaslandırıb. Halbuki AB-nin baş diplomatı Kaya Kallasın Macarıstandan başqa bütün üzv dövlətlər tərəfindən dəstəklənən bəyanatında Venesuelada bu iki prinsipin pozulduğu açıq şəkildə bildirilməyib.

Vurğulanıb ki, ən sərt ifadə “beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsi qorunmalıdır” fikri olub və əlavə edilib ki, BMT Təhlükəsizlik Şurasının üzvləri bu məsələdə “xüsusi məsuliyyət” daşıyırlar.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr isə ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.

Tarix
2026.01.06 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla