Yuxarı

Maduronu ABŞ-a o təhvil verib - Şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maduronu ABŞ-a o təhvil verib - Şok iddia

Venesuela Prezidenti Nikolas Maduronun iki saatlıq əməliyyatla qaçırılması dünya xəbərlərinin əsas mövzusdur.

Axar.az Unikal-a istinadla xəbər verir ki, Venesuele rəsmiləri və digər rəsmi şəxslər Maduronun xəyanət nəticəsində ABŞ xüsusi təyinatlılarının əlinə keçdiyini iddia edib.

Kolumbiyanın keçmiş vitse-prezidenti Santos Kalderon də bu iddiaları yayan şəxslərdən biridir. Onun sözlərinə görə, hazırda Venesuelanın müvəqqəti prezidenti təyin olunmuş Delsi Rodriges "Maduroya xəyanət edən şəxs"dir.

"Mən onun Maduronu təslim etdiyinə tamamilə əminəm", - deyə Kalderon qeyd edib.

Xatırladaq ki, Venesuela Ali Məhkəməsi (TSJ), Maduronun yoxluğu səbəbindən, inzibati davamlılığı və ölkənin ümumi müdafiəsini təmin etmək üçün Rodrigesin müvəqqəti olaraq Venesuela prezidentinin bütün səlahiyyətlərini, vəzifələrini və məsuliyyətini öz üzərinə götürməsi barədə qərar vermişdi.

Solçu ailədən olan və Uqo Çaves dövründən bəri ölkədə müxtəlif vəzifələrdə çalışan 57 yaşlı Delsi Rodriges 2017-ci ildən Venesuelanın vitse-prezidentidir.

Tarix
2026.01.06 / 09:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla