Yuxarı

NATO-nun Ukrayna planı: Türkiyə bura tam nəzarət edəcək...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO-nun Ukrayna planı: Türkiyə bura tam nəzarət edəcək...

Rusiyalı politoloq Sergey Markov NATO qoşunlarının Ukraynada yerləşdirilməsi planını açıqlayıb.

Axar.az xəbər verir ki, Sergey Markov sıralamanı bu cür göstərib:

“1. Ukrayna Silahlı Qüvvələri 700 min nəfərlik heyətə sahib olacaq, bu da 2022-ci ilin əvvəlkindən üç dəfə çoxdur. Onlar şərqdə yerləşdirilib, Rusiya ilə müharibəyə hazırlaşır;

2. Fransa və Britaniyadan 30 min əsgərdən ibarət işğalçı korpus Ukraynanın cəbhəyə yaxın olmayan bütün böyük şəhərlərinə - Kiyevə, Odessaya yerləşdirilir;

3. NATO ölkələri hava hücumundan müdafiə sistemlərini və təyyarələrini Ukrayna yaxınlığında yerləşdirir, bununla da Rusiya ilə Ukrayna ərazisində müharibəyə hazır olur;

4. ABŞ Rusiyaya hücum etmək üçün peyk kəşfiyyat məlumatlarını ötürür;

5. ABŞ atəşkəsin monitorinqində özünün peyk qrupu ilə iştirak edir (onların əvvəlki iştirakı da məlumdur: Ukrayna rejiminin bütün pozuntularını gizlədir və Rusiyanı yalandan atəşkəsi pozmaqda ittiham edirlər);

6. Digər NATO ölkələri də tədricən Ukraynaya işğalçı qoşunlarını yerləşdirir;

7. Türkiyə Qara dəniz üzərində tam nəzarəti ələ keçirir;

8. Növbəti müharibə zamanı Moskvaya və Rusiyanın bütün şəhərlərinə kütləvi raket və PUA zərbəsi endirmək məqsədi ilə Ukrayna ərazisində birgə NATO hərbi sənayesi yaradılır;

9. Çox güclü Ukrayna ordusunu yetişdirmək və digər NATO ölkələrini Rusiya ilə müharibəyə hazırlamaq üçün birgə hərbi düşərgələr yaradılır;

10. Rusiyaya qarşı növbəti müharibə onlar buna hazır olduqlarını anladıqları zaman başlayacaq. Ukrayna müharibəyə başlayacaq. Amma Rusiyanı günahlandıracaqlar;

11. İndi Fransa və Böyük Britaniya Ukraynada hərbi bazalarını quracaq”.

Tarix
2026.01.07 / 11:41
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla