Yuxarı

O, islam paltarına görə cəriməni üstünə götürdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
O, islam paltarına görə cəriməni üstünə götürdü

Əl-Cəzirə əsilli fransız iş adamı Fransada hicablı çimərlik geyiminin qadağan olunduğu yerlərdə tətbiq edilən pul cəzasını ödəyəcəyini bildirib.

Axar.az xəbər verir ki, qadağanı pozan kəslərə yazılan 38 avroluq cəriməni ödəyəcəyini bildirən Raçid Nekkaz əslində hicaba qarşı olduğunu qeyd edib:

"Fərdi olaraq hicaba qarşı olsam da, demokratiyada təhlükə törədilmədiyi təqdirdə kiminsə geyim seçimlərinə qarışıla bilməz", - deyə iş adamı qadağaya etiraz edib.

Bundan əvvəl Nekkaz 2010-cu ildə Avropada bəzi ölkələrdə tətbiq edilən niqab qadağası çərçivəsində yazılan cərimələri ödəmək üçün 1 milyon avroluq fond yaratmışdı.

Qeyd edək ki, Fransanın Kann şəhərinin meri müsəlmanların çimərlik geyimini "İslam ekstremizminin simvolu" sayıb və ictimai narahatlıq yaratmamaq üçün dənizə bütün bədəni örtən geyimlə girməyi qadağan edib.

Tarix
2016.08.17 / 08:45
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla