Yuxarı

ABŞ və Ukrayna Rusiyaya bunu təklif edəcək - FT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və Ukrayna Rusiyaya bunu təklif edəcək - FT

ABŞ və Ukrayna müharibənin gərginliyini azaltmaq üçün daha geniş səylərin bir hissəsi olaraq Rusiyaya məhdud enerji atəşkəsi təklif etməyi müzakirə ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Bu ideyaya əsasən, Rusiya Ukraynanın enerji infrastrukturuna - elektrik stansiyalarına, istilik sistemlərinə və su qurğularına hava hücumlarını dayandıracaq. Bunun müqabilində Ukrayna da Rusiya neft emalı zavodlarına və Rusiyanın "kölgə donanmasına" hücum etməyəcək.

Vladimir Putinin razılaşmaq ehtimalı azdır, çünki Ukraynanın enerji şəbəkələrinə zərbələr Kreml tərəfindən, xüsusən də qışda əsas təzyiq və təsir mənbəyi kimi qəbul edilir.

Ukraynanın da öz tərəddüdləri var. Kiyevin uzaqmənzilli dronlarla həyata keçirdiyi hücumlar Rusiyanın neft və qaz obyektlərini uğurla hədəf alır. Son vaxtlar Qara dəniz və Aralıq dənizindəki neft tankerlərinə də zərbələr endirilir. Ukrayna rəsmiləri hesab edirlər ki, bu hücumlar Rusiyanın müharibəni maliyyələşdirmək və davam etdirmək imkanlarını birbaşa zəiflədir”, - məlumatda bildirilib.

Qeyd edək ki, yanvarın 22-də Ukrayna və ABŞ prezidentləri - Vladimir Zelenski və Donald Tramp arasında görüş baş tutub. Yanvarın 23-də isə BƏƏ-də Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş keçiriləcək.

Tarix
2026.01.23 / 07:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla