Yuxarı

ABŞ-dan şok hesabat: Rusiyanın itkiləri...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan şok hesabat: Rusiyanın itkiləri...

2022-ci ilin fevralından bəri Rusiya və Ukraynanın ümumi itkiləri təkcə hərbçilər arasında 2 milyona yaxınlaşır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) yeni hesabatında qeyd olunub.

Analitiklər vurğulayırlar ki, Rusiya II Dünya müharibəsindən sonra bütün dövrlər ərzində hərbçilər arasında ən çox itki verən ölkədir.

Hesabatda iddia edilir ki, 2022-ci ilin fevralından 2025-ci ilin dekabrına qədər Rusiya 1,2 milyon hərbçi itirib, onların 325 mini ölüb.

“Ukraynada döyüş meydanında impuls əldə edilməsi barədə bəyanatlara baxmayaraq, məlumatlar göstərir ki, Rusiya minimal nailiyyətlərə görə son dərəcə ağır bədəl ödəyir və böyük dövlət kimi zəifləyir. İkinci Dünya müharibəsindən bəri heç bir böyük dövlət heç bir müharibədə buna yaxın miqyasda itki verməyib”, – deyə hesabatda bildirilib.

Amerikalı analitiklər Ukraynanın hərbi itkilərini 500–600 min nəfər səviyyəsində qiymətləndirirlər, onların da 140 minə qədəri həlak olub.

Tarix
2026.01.29 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla