Yuxarı

ABŞ cəmi 4 hədəfi vurmaqla İranı iflic edə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ cəmi 4 hədəfi vurmaqla İranı iflic edə bilər

Mürəkkəb prosesdir. Həm danışıqlar, həm də hansısa güc nümayişi mümkündür. ABŞ və qismən İsrail bu proseslərin iştirakçısı kimi İrana təzyiq edirlər ki, şərtləri qəbul etsin. Lakin görünür ki, danışıqlar və təmaslarda irəli sürülən şərtləri İranın - siyasi elitanın bəzi qanadları qəbul etmək istəmir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov İran və ABŞ arasında baş verən gərginlikləri şərh edərkən deyib.

“Şərtlər nədən ibarətdir? Birincisi, nüvə proqramının ləğvi, ikincisi, raket proqramlarında uzaqmənzilli ballistik raket istehsalının dayandırılması və onların gələcəkdə istehsalının qadağan olunması. Açıq səslənməsə də, əminəm ki, şərtlərdən biri İranın siyasi strukturunun dəyişdirilməsidir. Ya rejim tamamilə dəyişməlidir, ya da indiki siyasi elita bu və ya digər şəkildə şərtləri qəbul etməlidir”, - o bildirib.

Politoloq hesab edir ki, əsas tələb dinin dövlət strukturlarından çıxmasıdır:

“Dövlət qurumlarıyla yanaşı din strukturları paralel fəaliyyət göstərir. Hansısa heyətin seçimi olan dini rəhbər dövlət rəhbərindən üstün səlahiyyətlərə malikdir. Belə olmamalıdır. İndiki rejimin transformasiyasını təmin etmək İran qarşısında çox sərt tələb kimi qoyulur”.

Zülfüqarov mümkün zərbələrin qurudan yox, məhz hava qüvvələri tərəfindən həyata keçiriləcəyinə inanır:

“Bu zərbələr nəticəsində çox mühüm infrastruktur obyektləri darmadağın ola bilər. İranda 1-2 ədəd benzin istehsal edən zavod var. Onlara zərbə endirəndən sonra kommunikasiya və nəqliyyat sistemi iflic vəziyyətə düşəcək. İranın təxminən 85% ixracı məhz Fars körfəzində yerləşən 1-2 liman vasitəsilə həyata keçirilir. Və bu limanlara zərbə endirilsə, çox ciddi sosial problemlər əmələ gələcək.

Bundan başqa, qaçqınlar dalğası ola bilər. Bu baxımdan bölgədə yerləşən nüfuzlu ölkələr hərbi əməliyyatların olmasına qarşı çıxırlar - o cümlədən, ərəb ölkələri və Türkiyə.

Hesab edirəm ki, səslənən və səslənməyən şərtlər İranın siyasi elitası tərəfindən qəbul olunacaq”.

Tarix
2026.01.30 / 09:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İlham Əliyev və Meloni mətbuata bəyanat verdilər

İtaliya bizim bir nömrəli ticarət tərəfdaşımızdır - Əliyev

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

İlham Əliyevin toplantıda iştirak etməsi... - Paşinyan

Azərbaycanda isti su sayğacı olmayanların diqqətinə!

İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirildi

İlham Əliyev sammitə əlavə əhəmiyyət qatdı - Koşta

Ölkədə bu orqanların siyahısı müəyyənləşdi - NK

Prezidentin İrəvan toplantısında çıxışı ilə bağlı - Video

Paşinyan İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla