Yuxarı

Putinin 2030-cu il hədəfi fantaziyadır - FT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin 2030-cu il hədəfi fantaziyadır - FT

Qərbin sanksiyaları Moskvanı qlobal təchizat zəncirlərindən ayırdıqdan sonra Rusiya kritik xarici texnologiyalardan asılılığını azaltmaq üçün mübarizə aparır.

Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.

"Rusiya maşınqayırma, dron istehsalı və enerji də daxil olmaqla, müdafiə sektoru üçün mühüm əhəmiyyət kəsb edən sahələrdə idxaldan kritik asılı olaraq qalır.

Qeyri-enerji ixracını genişləndirmək, hasilatı və xaricdə təchizat zəncirlərini dəstəkləmək üçün lazım olan infrastrukturun qurulması səyləri də dayanıb. Rusiya İqtisadiyyat Nazirliyinin hesabatında ölkə iqtisadiyyatının transformasiyasının qaçılmaz olduğu vurğulanır və 2030-cu ilə qədər xarici təchizatçılardan texnoloji müstəqilliyin sürətlə əldə ediləcəyi proqnozlaşdırılır.

Sənədlə tanış olan ekspertlər Rusiyanın proqnozlarının həddindən artıq optimist olduğunu bildiriblər. Sanksiyalar Rusiyanı artıq Qərbdən ala bilməyəcəyi hissələri əvəz etmək üçün Çinə müraciət etməyə məcbur edir. Kiyev İqtisadiyyat Məktəbinin araşdırmasına görə, 2023-cü ildə Çin Rusiyaya idxal edilən mikroelektronikanın 90%-ni təmin edib. Sənəddə həmçinin nəzərdə tutulur ki, 2030-cu ilə qədər Rusiyanın özəl və dövlət sektorları tədqiqat və inkişafa birgə xərclərini iki dəfədən çox artıraraq ÜDM-in 2%-nə çatdıracaq", - məlumatda deyilib.

Finlandiyalı iqtisadçı Heli Simolanın sözlərinə görə, Rusiyanın idxaldan çox asılı olduğunu nəzərə alındıqda, bu təkliflər real görünmür.

Hesabatda 2030-cu ilə qədər əsas sektorlardakı şirkətlərin 80%-nin Rusiya proqram təminatından istifadə edəcəyi proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 46%-dən çoxdur.

Tədqiqatçı Aleksandr Prokopenko isə bildirib ki, Putin üçün 2030-cu il hədəfləri real plandan daha çox fantaziyaya bənzəyir.

Tarix
2026.02.02 / 08:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla