Yuxarı

Ukrayna müharibəsinin Rusiyaya vurduğu zərərlər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna müharibəsinin Rusiyaya vurduğu zərərlər...

Rusiya Ukraynaya qarşı apardığı müharibədə həm döyüş meydanında, həm də iqtisadi sahədə ağır məğlubiyyətə uğrayır. Ötən il ərzində ölkə böyük itkilər verib, ərazilərin ələ keçirilməsi templəri isə olduqca aşağı səviyyədə qalır.

Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial media hesabında bildirib.

O qeyd edib ki, ötən il Rusiya 480 min hərbçi itirib (ölənlər və yaralananlar daxil olmaqla), bununla yanaşı Ukrayna ərazisinin cəmi əlavə 0,7 faizini ələ keçirə bilib.

Bu ilin yanvarında rus qoşunlarının irəliləməsinin zəifləməsi tendensiyası daha da güclənib. Gündəlik min nəfərdən artıq itkiyə baxmayaraq, bir ay ərzində onlar ərazilərin cəmi 0,04 faizini tuta biliblər ki, bu da son 9 ayın ən aşağı göstəricisidir.

Bununla yanaşı, son iki il ərzində (2024-cü ilin yanvarından etibarən) Rusiya Donetsk vilayətində regionun əlavə 21 faizini yüz minlərlə insanın həyatı bahasına ələ keçirib. Bu ərazi Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsindən daha kiçikdir.

Hərbi uğursuzluqlarla paralel olaraq Rusiya iqtisadiyyatı da geriləmə əlamətləri nümayiş etdirir.

Eyni zamanda Moskva 12 əsas sahədə istehsalın azalmasının qarşısını ala bilmir. Ötən il bağlanan müəssisələrin sayı 15 faiz artıb, daha 10 faizi isə müflisləşmə həddindədir.

XİN rəhbərinin sözlərinə görə, qeyri-adekvat planlaşdırma və sanksiyalar səbəbindən bu il Rusiyanın büdcəsi neft gəlirlərindən azı 25 milyard ABŞ dolları itirə bilər.

Tarix
2026.02.05 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla