Yuxarı

Rusiyalı generalı kim güllələyib? - Klark

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı generalı kim güllələyib? - Klark

İlk baxışdan general-leytenant Vladimir Alekseyevə edilən hücum Ukrayna xüsusi xidmət orqanlarının “tipik işi” təsiri bağışlamır.

Axar.az xəbər verir ki, bu barədə hərbi analitik Maykl Klark “Skay Nyus” üçün yazdığı məqalədə bildirib.

Klark vurğulayıb ki, Kiyev hələlik bu hücuma görə məsuliyyəti üzərinə götürməyib, baxmayaraq ki, Ukraynada bu hücumun birmənalı şəkildə dəstəkləndiyi şübhəsizdir.

Onun yazdığına görə, bu, Ukrayna xüsusi xidmət orqanlarının üslubuna uyğun deyil.

Klark xatırladıb ki, 2024-cü ildə İqor Kirillov Moskvadakı mənzilinin girişində elektrik velosipedində gizlədilmiş bombanın partladılması nəticəsində ölmüşdü.

O, həmçinin qeyd edib ki, 2025-ci ildə Yaroslav Moskalik və Fanil Sarvarovun qətlləri də bombalı avtomobillərdən istifadə ilə həyata keçirilmişdi:

”Bu üç hadisənin hamısında nəticə ani və ölümcül olmuşdu. Lakin Rusiya generalı Vladimir Alekseyevə müəyyən məsafədən və arxadan bir neçə dəfə atəş açılıb və bu, onun ölümünə səbəb olmayıb. Buna görə də hücum edən şəxsin peşəkar qatil olmadığı ehtimalı var”.

Eyni zamanda, analitik əlavə edib ki, ukraynalılar da, ruslar kimi, düşmən ölkədəki “həvəskarları” öz güclərini sınamağa təşviq etməyə çalışırlar. Bu baxımdan hücum Ukrayna xüsusi xidmət orqanlarının birbaşa işi olmasa belə, onların dolayı iştirakı ilə baş vermiş ola bilər.

Klark həmçinin bildirib ki, digər hallarda Ukrayna xüsusi xidmət orqanları belə hadisələrə tez reaksiya verib və çox vaxt bunun onların işi olduğunu bildiriblər:

“İnsidentdən sonra bir neçə saat ərzində onların reaksiya verməməsi maraq doğurur”.

Qeyd edək ki, ötən gün Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib.

Tarix
2026.02.07 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla