Yuxarı

Dünya bu fotodan danışır: Epşteyn, Zukerberq və Mask...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya bu fotodan danışır: Epşteyn, Zukerberq və Mask...

Ceffri Epşteynlə bağlı açıqlanan yeni sənədlər dünya ictimaiyyətində geniş rezonans doğurub.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin yaydığı materiallar arasında Epşteynin 2015-ci ildə Mark Zukerberq və İlon Maskın da iştirak etdiyi şam yeməyində olduğunu təsdiqləyən foto və e-poçt yazışmaları yer alıb.

Sənədlərə əsasən, Epşteyn "Meta" şirkətinin rəhbəri Mark Zukerberq, “Tesla” və “SpaceX”in sahibi İlon Mask, eləcə də “Palantir”in qurucusu Piter Til ilə eyni masa arxasında olub. Epşteyn həmin görüşü yazışmalarda “çılğın” (“wild”) kimi xarakterizə edib. Məlumat xarici mediada geniş müzakirələrə səbəb olub.

Bildirilir ki, sözügedən görüş 2015-ci ildə Kaliforniyanın Palo Alto şəhərində keçirilib. Şam yeməyi “Linkedin”in qurucusu Rid Hoffman tərəfindən Massaçusets Texnologiya İnstitutunun alimi Ed Boydenin şərəfinə təşkil olunub.

Mark Zukerberqin nümayəndələri onun Epşteynlə əlaqəsinin yalnız həmin görüşlə məhdudlaşdığını bildirib. İlon Mask isə Epşteyni yaxından tanımadığını və onun adası ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb. Piter Til tərəfi isə hələlik məsələ ilə bağlı rəsmi mövqe ortaya qoymayıb.

Tarix
2026.02.08 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla