Yuxarı

Millətimdən üzr istəyirəm - Pezeşkian

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millətimdən üzr istəyirəm - Pezeşkian

Mövcud çatışmazlıqlara görə nəcib millətimdən üzr istəyirəm. Bu problemləri güc və qətiyyətlə həll etmək üçün bütün qəlbimizlə və canımızla çalışırıq.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının ildönümü ilə bağlı danışarkən deyib.

“Biz etirazları alqışlayırıq. Etirazı bir nemət hesab edirik. Bu etirazları dinləmək borcumuzdur.

Lakin dağıntı, vandalizm, qətl və yanğınlardan iyrənirik. Heç bir əsl iranlı başqa bir iranlını öldürmək üçün silah götürmür. Heç bir iranlı məscid yandırmır. Heç bir iranlı ictimai nəqliyyatı və ya ictimai əmlakı yandırmır.

Heç bir iranlı yad birindən bu ölkəyə, onun torpağına və ya sularına hücum etməsini istəməz. Heç bir azad insan düşməndən gəlib daxili problemi həll etməsini istəməz. Oturub, öz problemlərimizi özümüz həll edəcəyik.

Bu məsələləri həll etməyə bütün varlığımızla hazırıq. Amma yanğınla, yandırma ilə və ya yalan və yanlış şayiələr yaymaqla yox”, - o bildirib.

Tarix
2026.02.11 / 14:18
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla