Yuxarı

ABŞ-İran danışıqlarında Türkiyənin əsas şərti və rolu...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-İran danışıqlarında Türkiyənin əsas şərti və rolu...

Türkiyə hər vəziyyətdə çalışır ki, tərəflər arasında vasitəçi rolunu oynasın və eskalasiyanın, gərginliyin qarşısını alsın. Ankara hesab edir ki, ABŞ-ın İrana mümkün hərbi müdaxiləsi regionda böyük münaqişəyə səbəb ola bilər və bunun nəticələri həm İran, həm də Türkiyə üçün ciddi risklər yaradar.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Sultan Zahidov ABŞ–İran münasibətlərində mümkün yeni nüvə razılaşmasını şərh edərkən deyib.

“Türkiyə düşünür ki, İrana qarşı hərbi hücum ölkədə qeyri-sabitlik yaradacaq və bu proses Ankaraya da təsir göstərəcək. Söhbət həm mümkün qaçqın axınından, həm də regionda radikallaşmanın daha da güclənməsi təhlükəsindən gedir. Məlum olduğu kimi, ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsindən sonra radikalizm xeyli artmış, dinlərarası qarşıdurmalar başlamış və bu, bütün region ölkələrinə mənfi təsir göstərmişdi. İranda yaşayan milli azlıqlar, xüsusilə azərbaycanlılar məsələsi də Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə Ankara heç bir halda ABŞ–İran müharibəsinin baş verməsini istəmir. Reallıq isə ondan ibarətdir ki, ABŞ-ın yalnız məhdud hava hücumları ilə İranda hakimiyyəti dəyişməsi mümkün deyil. Bu cür addımlar vəziyyəti daha da gərginləşdirə bilər.

Türkiyənin xarici işlər naziri Hakan Fidan məsələlərin mərhələli şəkildə müzakirə olunmasını təklif edib. İlk növbədə nüvə proqramı, sonra ballistik raketlər və daha sonra proksi qüvvələr gündəmə gətirilməlidir. Lakin İsrail bundan narazıdır və bütün məsələlərin eyni anda, paket şəkildə həllini istəyir. Məhz buna görə İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfər edərək Donald Trampla bu mövzunu üç saat müzakirə edib”, - politoloq bildirib.

Onun sözlərinə görə, ABŞ-ın əsas məqsədi danışıqlar yolu ilə İrandan maksimal güzəştlər əldə etməkdir:

“İndiki təkliflər 2015-ci il nüvə razılaşmasına bənzəsə də, sual yaranır – ABŞ niyə həmin razılaşmadan çıxmışdı? Vaşinqton bölgəyə bu qədər hərbi qüvvə ona görə gətirməyib ki, eyni şərtlər təkrarlansın. O zaman da zənginləşdirmə səviyyəsi 3,67 faiz idi, indi də eyni rəqəm gündəmdədir. Amma İran artıq uranı 60 faizə qədər zənginləşdirib və təxminən 400 kiloqrama yaxın ehtiyatı var. 2015-ci il sazişində bu ehtiyatların üçüncü ölkəyə, məsələn, Rusiyaya verilməsi nəzərdə tutulurdu. İndi isə İran tərəfi açıq şəkildə bildirir ki, bunu qəbul etmir”.

S.Zahidovun fikrincə, əsas mübahisə məhz bu məsələ üzərindədir və ABŞ 2015-ci il razılaşmasından daha sərt şərtlər irəli sürəcək:

“Vaşinqton ümumiyyətlə İranın zənginləşdirmə prosesini istəmir. Ola bilsin, müəyyən limit qoyulsun, amma əsas fərq monitorinq mexanizmlərinin xeyli sərtləşdirilməsi olacaq. ABŞ MAQATE-dən əlavə, öz xüsusi komissiyasının İranın bütün obyektlərinə sərbəst girişini tələb edə bilər. Bundan əlavə, 60 faizə qədər zənginləşdirilmiş uranın İrandan çıxarılması əsas şərtlərdən biridir. Çünki 20 faizdən yuxarı zənginləşmə artıq hərbi məqsəd sayılır. Atom elektrik stansiyaları üçün 3,67 faiz kifayətdir. Zənginləşmə səviyyəsi yüksəldikcə, bu, birbaşa nüvə silahı potensialı deməkdir. Ona görə də bu məsələ ABŞ–İran danışıqlarında əsas mübahisə mövzusu olaraq qalacaq”.

Tarix
2026.02.13 / 09:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

İşarə verildi, bu şəxslər də həbs ediləcək

Allahşükür Paşazadə Betsi Berns Kornla görüşdü

Fuad Qəhrəmanlının DTX-yə cavabı: Video necə çəkilib?

Azərbaycan və Rusiya aktual məsələləri müzakirə etdi

“Zəngəzur Orta Dəhlizə rəqibdir” deyənlər... - Mamaladze

Bununla Avropa Parlamenti gerçək simasını aşkara çıxardı...

Bakıdan qayıdan kimi bu sözləri yazdı…

Vardanyanın “son sözü”: Bakıda bu şüarı deyibmi?

Qərb Qafqazda güclənir, gərginlik artır – KTMT

Əliyev xartiya imzaladı: güclənir... - Moskvadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla