Yuxarı

Bu halda İran-Ermənistan əməkdaşlığı olmayacaq - Herbst

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu halda İran-Ermənistan əməkdaşlığı olmayacaq - Herbst

ABŞ Prezidenti Donald Tramp İran məsələsi ilə ciddi maraqlanır, lakin bunu Cənubi Qafqazla əlaqələndirmir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukrayna və Özbəkistandakı keçmiş səfiri Con Herbst deyib.

Herbst bildirib ki, Tramp Cənubi Qafqazda İrəvan və Bakı arasında sülhün bərqərar olması və ABŞ-ın regionda kommersiya maraqlarının irəliləməsi üçün proseslərə başlayıb.

Herbst həmçinin qeyd edib ki, İran Tramp administrasiyasının əsas prioritetlərindən biridir.

"İranın Ermənistanla dostluq əlaqələri və Azərbaycanla yaxşı münasibətləri, eləcə də bu ölkələrlə ortaq sərhədləri var. Lakin bu element Trampın Cənubi Qafqaz siyasətində əsas rol oynamır. Eyni zamanda mən ümumiyyətlə rol oynamadığını demirəm. Tramp İran siyasəti prizmasından Ermənistan və Azərbaycana ciddi diqqət yetirmir.

O, yəqin ki, İrana təzyiqi artırmağı və bəlkə də Ermənistan və Azərbaycanın buna necə kömək edə biləcəyini düşünür, amma bu onun Tehran siyasətinin ön planında deyil.

Əgər Ermənistan və Azərbaycan nəhayət sülh razılaşmasına nail olsaydılar və İrəvan Ankara ilə münasibətlərini yaxşılaşdırsaydı, İran və Ermənistan arasında sıx əməkdaşlığın səbəbləri yox olardı", - deyə ekspert əlavə edib.

Tarix
2026.02.13 / 07:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla