Yuxarı

ABŞ İran ətrafına bu qədər güc toplayır, zərbə endirəcək!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İran ətrafına bu qədər güc toplayır, zərbə endirəcək!

Teokratik rejim təslim olmasa, İrana qarşı əməliyat qaçılmazdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Xaqani Cəfərli ABŞ-ın daha bir təyyarədaşıyan gəmisinin Yaxın Şərqə göndərilməsi və regionda Amerika qüvvələrinin gücləndirilməsi haqda danışarkən deyib.

“Bu ilin noyabrında ABŞ-da Konqresə aralıq seçkilər keçiriləcək. Bir tərəfdən Trampın əsas tərəfdarları olan MAGA qruplaşması, digər tərəfdən də ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri İrana qarşı hərbi əməliyyatın əleyhinədir. Onlar Trampdan xahiş edirlər ki, İrana qarşı hərbi əməliyyat həyata keçirməsin. Hətta Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, bölgə İrana qarşı hərbi əməliyyatın yaradacağı təsirlərə tab gətirə bilməyəcək.

Fidanın haqlı olduğunu və İrana qarşı edilən hərbi əməliyyatın parçalanmaya gətirib çıxaracağını düşünürəm. İranın parçalanması isə bölgədə domino daşı effekti verə, hətta 6-8 ölkənin bütövlüyünün pozulmasına gətirib çıxara bilər. Təbii ki, bu da bölgədə uzunmüddətli xaosla nəticələnəcək. Ancaq İranın nüvə silahı əldə etməsi bundan da qorxunc ola bilər. Ona görə də ABŞ lideri İranın nüvə silahı əldə etməsinə heç bir halda imkan verməyəcək.

Doğrusu, İran ABŞ-a müqavimət göstərmək istəsə, dağıntıların və ölümlərin sayı artacaq. Ən yaxşısı teokratik rejimin təslim olmasıdır”.

Mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Oqtay Qasımovun sözlərinə görə, iki ölkə arasında danışıqların davamının olacağı ilə bağlı xəbərlər yayılır:

“Ancaq paralel olaraq ABŞ-a məxsus daha bir aviadaşıyıcının rəhbərlik etdiyi böyük donanma bölgəyə doğru hərəkət edir. ABŞ-ın bölgəyə böyük qüvvələr yerləşdirməsi hansısa məqamda bundan istifadə edəcəyindən xəbər verir. Bu baxımdan, hərbi toqquşma riski qalmaqdadır. Hətta Avropada aviaşirkətlərə İran üzərindən uçuş həyata keçirməməsi xəbərdarlığı da bu səbəbdən ola bilər.

Düşünürəm ki, burada İsrailin mövqeyi də prosesə ciddi təsir edir. İsrail hesab edir ki, ABŞ-ın İranla danışıqları davam etdirməsi İsrailin maraqlarına uyğun deyil. Çünki İsrailin əsas tələbi İranın ballistik raket istehsalının məhdudlaşdırılması və uçuş məsafəsinin azaldılmasıdır. İran isə bunu qəbul etmir.

Buna görə də hazırda eskalasiya riski olduqca yüksəkdir”.

Tarix
2026.02.14 / 08:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla