Yuxarı

Rostovda azərbaycanlılara şok qadağa...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rostovda azərbaycanlılara şok qadağa...

Rusiyanın Rostov vilayətindəki miqrantlara 2026-cı il aprelin 1-dən dekabrın 31-dək kuryer fəaliyyəti, eləcə də qida, içki və tütün məhsullarının topdan və ya pərakəndə satışı ilə məşğul olmaq qadağan ediləcək.

Axar.az xəbər verir ki, vilayət qubernatorunun 11 fevralda verdiyi fərmana əsasən, onlara quru və boru kəməri nəqliyyatında, eləcə də poçt xidmətlərində iştirakına məhdudiyyət tətbiq ediləcək.

Martın 1-dən etibarən həmçinin miqrantlara qiymətli metalların satışı və fitnes mərkəzlərinin fəaliyyətində iştirak etmək də qadağan edilir.

Bildirilib ki, hazırda regionda 400 mindən çox fərdi sahibkar kuryer kimi çalışır. Onların arasında əcnəbilərin nisbəti Moskva və ya Sankt-Peterburqdakından daha aşağıdır.

Vəkil Svetlana Leusovanın sözlərinə görə, qadağa yalnız iş icazəsi (patent) ilə işləyən miqrantlara şamil ediləcək. Avrasiya İqtisadi Birliyi ölkələrinin (Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan) vətəndaşlarına məhdudiyyətlər təsir etməyəcək. Azərbaycan, Moldova, Tacikistan, Özbəkistan vətəndaşlarından, eləcə də Abxaziya “vətəndaşlarından” iş icazəsi almaq tələb olunur.

Tarix
2026.02.16 / 19:08
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Kobaxidzeyə zəng etdi

Prezident Corc Volkeri qəbul etdi - Foto

İlham Əliyev Tacikistanın baş nazirini qəbul etdi

“Kalaşnikov” ən yeni avtomatlarını Bakıya gətirir

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla