Yuxarı

Rus ordusu bu tarixə kimi 10-dan çox kəndi işğal etməlidir - Əmr

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus ordusu bu tarixə kimi 10-dan çox kəndi işğal etməlidir - Əmr

Rusiya komandanlığı öz bölmələrinə 24 fevrala kimi (Genişmiqyaslı işğalın ildönümü – red.) ondan çox Ukrayna yaşayış məntəqəsinin ələ keçirilməsi barədə əmr verib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin deyib.

O bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına əsasən, Rusiya bölmələrinə bir sıra yaşayış məntəqələrinə daxil olmaq, orada Rusiya bayraqlarını qaldırmaq, bunu video və ya foto ilə qeydə almaq, daha sonra isə ərazini tərk etmək əmri verilib:

“Siyahıya, xüsusilə, Novoselovka, Alekseyevka, Aleksandroqrad, Novoaleksandrovka, Voskresenka, Orestopol, Ternovoye, Zelyonıy Qay, Andreyevka, Klevtsovo, Otradnoye, Bratskoye yaşayış məntəqələri daxildir. Söhbət Donetsk, Dnepropetrovsk və Zaporojye vilayətlərinin qovşağında yerləşən ərazilərdən gedir”.

Voloşin vurğulayıb ki, bu cür hərəkətlərin məqsədi ərazidə möhkəmlənmək deyil, informasiya effekti yaratmaqdır. Rusiya işğalçıları guya əraziyə nəzarət etdiklərini nümayiş etdirməli, bununla da müharibənin başa çatdırılması ilə bağlı mümkün danışıqlarda Moskvanın mövqeyini gücləndirməlidirlər.

Tarix
2026.02.18 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla