Yuxarı

Almaniya İncirliyi tərk edir – Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Müdafiə Nazirliyi Türkiyənin İncirlik hərbi bazasını tərk etməyə qərar verib.

Axar.az xəbər verir ki, buna səbəb bir müddət öncə rəsmi Ankaranın alman deputatlara bazanı ziyarət etməyə icazə verməməsi göstərilib.

Alman mətbuatının yazdığına görə, artıq nazirlik "Tornodo" kəşfiyyat təyyarələrinin Türkiyədən çıxarılması üçün hazırlıqlara başlayıb.

Ayrıca, Türkiyədən çıxarılacaq canlı qüvvənin İordaniya və ya Kiprdə yerləşdiriləcəyi təxmin edilir.

Xatırladaq ki, rəsmi Ankara bu ilin iyununda Almaniya müdafiə nazirinin müavininin rəhbərlik etdiyi deputatlardan ibarət nümayəndə heyətinin İncirlik hava bazasına baş çəkməsinə razılıq verməyib. Türkiyə hökuməti bundan əvvəl Almaniya Müdafiə Nazirliyində akkreditasiyadan keçən almaniyalı jurnalistlərin də hava bazasına girişinə qadağa qoyub.

Türkiyə tərəfinin bu addımının səbəbi iyunun 2-də Almaniya parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul etməsi ilə izah olunur.

Tarix
2016.08.25 / 11:56
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla