Yuxarı

Donbasla bağlı təklif rədd edildi, danışıqlar dalana dirəndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Donbasla bağlı təklif rədd edildi, danışıqlar dalana dirəndi

Donbasda demilitarizasiya olunmuş iqtisadi zonanın yaradılması real olmayan ideyadır. Üstəlik, bu, Ukrayna–Rusiya birgə administrasiyası formatında nəzərdə tutulursa.

Axar.az xəbər verir ki, bu barədə “Kiyev İndependent” nəşri ukraynalı rəsmilərə və analitiklərə istinadla yazıb.

Nəşr xatırladır ki, fevralın 17–18-də Cenevrədə keçirilən son danışıqlar raundu zamanı Kiyev və Moskva Donbasda demilitarizasiya olunmuş zonanın idarə olunması üçün birgə Rusiya–Ukrayna mülki administrasiyasının yaradılması ideyasını müzakirə ediblər. Təklif həm Rusiya, həm də Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını nəzərdə tutur.

Mənbənin sözlərinə görə, bu qeyri-adi təklif neytral vasitəçi rolunu qorumağa çalışan Amerika nümayəndə heyəti tərəfindən irəli sürülüb. Lakin jurnalistlərin danışdığı ukraynalı rəsmilər nə Donbasda sadəcə demilitarizasiya olunmuş zonanı, nə də birgə mülki administrasiyanı təsəvvür edə bildiklərini deyiblər.

Ukrayna parlamentinin xarici əlaqələr komitəsinin sədri, deputat Aleksandr Merejko bildirib ki, bu, əslində Ukrayna qoşunlarının Donbasdan çıxarılması deməkdir.

“Problemin mahiyyəti də budur. Bu, bizim üçün qəbuledilməzdir. Biz Donetsk vilayətindəki möhkəmləndirilmiş mövqeləri tərk edib faktiki olaraq onları təhvil verə bilmərik”, – deyə o vurğulayıb.

Merejkonun fikrincə, amerikalılar yəqin ki, Şimali və Cənubi Koreya arasında mövcud olan demilitarizasiya zonasına bənzər bir model təsəvvür edirlər. Lakin deputat xatırladıb ki, Koreya yarımadasındakı bufer zona Ukraynadakı hazırkı cəbhə xəttindən xeyli qısadır.

Merejko hesab edir ki, ABŞ-ın bu təklifinin məntiqi bu və ya digər formada Kremlin tələblərini təmin etməkdir. Sadəcə bu dəfə amerikalılar bu məqsədi “maskalamağa” çalışıblar.

“Ukrayna Donbasın təhvil verilməsi ilə bağlı bütün variantları rədd etdiyinə görə, sülh danışıqları dalana dirənib”, - nəşr qeyd edib.

Tarix
2026.02.21 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

Azərbaycanda hamı qaza görə növbədədir - Babiş

Azərbaycan nümayəndə heyəti İrəvanda bu tədbirə qatılacaq

İşləyən şəxslərin pensiyası nə qədər artacaq? - İzah

Urmiya gölünün suyu artdı: Yenə quruyacaq?

Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək

İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq

Okampo Bakıya qarşı bu kampaniyanı necə qururdu?

İraq prezidenti WUF13-ə dəvət olundu

Azərbaycan XİN bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla