Yuxarı

Slovakiya elektriki kəsdi, Ukraynadan cavab gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Slovakiya elektriki kəsdi, Ukraynadan cavab gəldi

Slovakiyanın fövqəladə elektrik enerjisi tədarükünü dayandrması Ukraynanın enerji sistemindəki vəziyyətə heç bir təsir göstərməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Ukrenerqo” şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Ukrayna sonuncu dəfə Slovakiyaya fövqəladə yardım üçün bir ay əvvəl və çox məhdud həcmdə müraciət edib. Ümumilikdə, Slovakiya istiqamətindən Ukraynanın birləşdirilmiş enerji sisteminə fövqəladə yardım kifayət qədər nadir hallarda daxil olub. Söhbət qısamüddətli tədarüklərdən gedir”, – məlumatda bildirilib.

Həmçinin vurğulanıb ki, qarşılıqlı fövqəladə yardımın göstərilməsi ilə bağlı müqavilənin Slovakiyanın sistem operatoru – SEPS tərəfindən birtərəfli qaydada dayandırılması barədə rəsmi sənədlər hələ ki, “Ukrenerqo”ya daxil olmayıb.

Qeyd edək ki, ötən gün Slovakiya Baş naziri Robert Fitso Ukraynaya fövqəladə elektrik enerjisi tədarükünün dayandırıldığını və Ukraynadan “Drujba” neft kəməri ilə tədarükün bərpa edilməyəcəyi təqdirdə, geri addım atmayacağını bəyan edib.

Tarix
2026.02.24 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla