Yuxarı

Rusiyanın aprelə kimi planı: Odessa da işğal siyahısında...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın aprelə kimi planı: Odessa da işğal siyahısında...

Rusiya aprelin əvvəlində Donetsk vilayətinin inzibati sərhədlərinə çıxmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini, briqada generalı Pavel Palisa bildirib.

“Düşmənin planları aydındır – o, martın sonu, aprelin əvvəlinə qədər Donetsk vilayətinin inzibati sərhədlərinə çıxmağı, həmçinin Zaporojye və Dnepropetrovsk vilayətlərində maksimum irəliləməyi qarşısına məqsəd qoyub”, – deyə o qeyd edib.

Palisa əlavə edib ki, Rusiya Sum və Xarkov vilayətləri ilə sərhəd boyunca bufer zona yaratmaq niyyətindən də əl çəkmir:

“Əgər mümkün uğur əldə olunsa, ilin sonuna qədər düşmən Zaporojye, Xerson, Nikolayev və daha sonra Odessa şəhərlərini ələ keçirmək və ya onların tutulması üçün şərait yaratmaq məqsədilə hücumu genişləndirməyə çalışacaq”.

Eyni zamanda general vurğulayıb ki, hazırda yaxın altı ay ərzində qarşı tərəfin bu planları həyata keçirmək imkanını görmür.

Tarix
2026.02.25 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla