Yuxarı

Rusiya bu halda dünya üçün təhlükəsiz ölkə olacaq - Budanov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya bu halda dünya üçün təhlükəsiz ölkə olacaq - Budanov

Ukrayna Rusiyanın imperiya ambisiyalarını kökündən aradan qaldırmalı, onu sivil bir ölkəyə çevirməlidir ki, özünü daha təhlükəsiz hiss etsin və Avropa ilə dünya üçün təhlükə azalsın. Lakin bu, yaxın zamanda baş verməyəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Kirill Budanov bildirib.

Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan bəri Rusiya bütün sahələrdə: iqtisadi, siyasi və demoqrafik baxımdan daha da kasıblaşıb:

“Dəyişməz qalan yeganə şey onun imperiya ambisiyalarıdır. Məhz bunu tamamilə aradan qaldırmaq lazımdır ki, Rusiyanı sivil ölkəyə çevirmək mümkün olsun. Buna nail ola biləcəyikmi? Şübhəsiz ki, bu bizim məqsədimizdir. Təəssüf ki, bu, yaxın zamanda baş verməyəcək. Amma əminəm ki, biz məqsədlərimizə çatacağıq”.

O qeyd edib ki, Rusiyanın daxili amillər səbəbindən dəyişəcəyini gözləməyə dəyməz:

“Ukrayna özü elə şərait yaratmalıdır ki, təcavüzkar dövlət imperiya kimi mövcudluğunu itirsin”.

Tarix
2026.02.27 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla