Yuxarı

Vətəndaşlara ayda 560 avro ödənəcək – Qəribə səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətəndaşlara ayda 560 avro ödənəcək – Qəribə səbəb

Finlandiya hökuməti öz vətəndaşlarının bütün ödəmələrini qarşılayaraq pulla necə davrandıqlarını yoxlamaq üçün sınaq keçirməyi planlaşdırır.

Virtualaz.org xəbər verir ki, artıq gələn ildən ümumi baza gəlirləri sisteminində eksperiment aparılacaq.

Əvvəlcə sınaq üçün 2000 nəfər işsiz Finlandiya sakinindən "istifadə olunacaq". İşsizlər və kasıblar arasında təsadüfi seçim ediləcək. Seçilən hər kəsə hər ay 560 avro ödənəcək. Amma onlar hər hansı güzəşt və yardımlardan məhrum ediləcəklər.

Sınağın hədəfi sonrakı mərhələdə insanların işə düzəlib-düzəlməməsi, maliyyə bölgüsündən düzgün istifadəyə və ya əksinə təsir edəcəyini aydınlaşdırmaqdır.

Zəmanətli kömək edilən insanlar sonda ödəniş almayanlarla müqayisə olunacaqlar.

Finlandiyanın baş naziri Yuxa Sipilanın sözlərinə görə, əgər hamı bu sınaqdan müvəffəqiyyətlə keçəcəksə, layihə ölkənin bütün sakinlərini əhatə edəcək. Bu isə əhalinin məşğulluğunu artırmağa imkan verəcək və sosial güzəştlər sistemini sadələşdirəcək.

- Mən belə sınaqlarla son dərəcə ehtiyatlı olardım, - iqtisadçı Lev Yakobson bildirib. – Baxaq görək, bu sınaq alınacaq, ya yox. Amma ümumiyyətlə, belə tədqiqat keçirmək üçün, bir tərəfdən, ölkənin sosial-iqtisadi durumunun yüksək səviyyədə olması, ölkədə kasıbların praktik olaraq olmaması lazımlıdır. Amma bizim ölkəmizdə belə insanlar lap çoxdur. Digər tərəfdən, özünütəşkilin yüksək səviyyəsi lazımdır. Buna görə də, mən insanların təminatının adət edilmiş metodları üzərində sınaq aparmamağın tərəfdarıyam.

Xatırladaq ki, bu ilin iyununda İsveçrə dünyada bütün sakinlərə işləyib-işləməməsindən asılı olmayaraq, hər ay təxminən 2500 frank məbləğində ödəniş təklif edən ilk ölkə oldu. Amma referendumda ölkə bu cür müftə güzəştlərə yox dedi. İndi iqtisadi trend Hollandiyaya da çatıb. Orada zəmanətli ödəmələrlə bağlı sınağın 2017-ci ilin yanvarından həyata keçirilməsi planlaşdırılır.

Tarix
2016.08.27 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla