Yuxarı

Türkiyə İrana zərbələrə hərbi dəstək verir? - Rəsmi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə İrana zərbələrə hərbi dəstək verir? - Rəsmi

Türkiyənin hava, quru və dəniz sahələrinin hərbi əməliyyatlarda istifadəsinə icazə verilməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

“Bəzi sosial media platformalarında Türkiyənin İrana qarşı son hücumlara dəstək verdiyi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır və bu məlumatlar ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiya xarakteri daşıyır. Türkiyə Respublikası tərəfi olmadığı hər hansı münaqişə və ya müharibədə tərəflərdən hər hansı birinin xeyrinə, o cümlədən hava məkanı da daxil olmaqla, hava, quru və dəniz qüvvələrinin heç birini əməliyyat məqsədilə istifadəyə vermir. Bu məsələ ölkəmizin əsas xarici siyasət və təhlükəsizlik prinsipləri sırasında yer alır”, - açıqlamada bildirilib.

Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.

Tarix
2026.02.28 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla