Yuxarı

Xameneinin qisası alınacaq! - SEPAH

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xameneinin qisası alınacaq! - SEPAH

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ali dini lider Əli Xameneinin öldürülməsi ilə bağlı intiqam alınacağını vəd edib.

Axar.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında qeyd olunub.

"İran millətinin intiqam əli Xameneinin qatillərini ağır, qəti və peşmanedici şəkildə cəzalandırmaq üçün onların yaxasından əl çəkməyəcək", - məlumatda bildirilib.

Təşkilat ali dini liderin öldürülməsinin aşkar dini, əxlaqi, hüquqi və beynəlxalq normaların pozulması kimi dəyərləndirib.

İran hökuməti də Xameneinin ölümü ilə bağlı yaydığı bəyanatda cinayətkarların cəzasız qalmayacağını açıqlayıb.

"İslam ümmətinin və dünya azadlıqsevərlərinin dəstəyi ilə bu böyük cinayətin icraçılarını və sifarişçilərini peşman edəcəyik", - hökumət bəyanatında qeyd olunub.

Xatırladaq ki, ABŞ və İsrailin İrana hücumları nəticəsində İranın Dövlət Xəbər Agentliyi Əli Xameneinin öldürüldüyünü təsdiqləyib. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Xameneinin öldürüldüyünü açıqlamışdı.

Tarix
2026.03.01 / 06:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla