Yuxarı

İrandakı müharibənin Rusiyaya faydası nədir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandakı müharibənin Rusiyaya faydası nədir?

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Avropada qazın qiymətləri kəskin şəkildə artıb. Bu isə Avropa ölkələri üçün Rusiya enerji resurslarından imtinanı daha da çətinləşdirəcək.

Axar.az xəbər verir ki, bunu qlobal enerji üzrə Atlantik Şurasının baş elmi əməkdaşı Andrey Kovataru bildirib.

O qeyd edib ki, Yaxın Şərqdəki vəziyyət təkcə Avropanın enerji strategiyası və siyasi həmrəyliyi üçün stress-test deyil, həm də sistem sarsıldıqda Rusiyanın hələ də qazandığını xatırladır.

Kovataru vurğulayıb ki, Yaxın Şərqdə gərginliyin artması fonunda Rusiya qısamüddətli perspektivdə əsas benefisiar kimi görünür. Onun sözlərinə görə, enerji resurslarının əlçatanlığı ilə bağlı narahatlıqlar artdıqca, Avropa Birliyi daxilində siyasi fikir ayrılıqları da dərinləşir.

Ekspert xatırladıb ki, Yaxın Şərqdə münaqişənin eskalasiyası neft və qaz bazarlarında riskin artmasına səbəb olub. Bundan əlavə, əsas sənaye şəhəri Ras-Laffanda yerləşən mühüm obyektlərə hücumlardan sonra “Qatar Energy” şirkəti mayeləşdirilmiş təbii qazın (LNG) istehsalını dayandırıb. Həmin şəhər dünya LNG ticarətinin əhəmiyyətli hissəsini təmin edir.

Bundan başqa, dünya üzrə LNG və neft tədarükünün təxminən beşdə birinin keçdiyi Hörmüz boğazının bağlanması səbəbindən treyderlər və gəmi sahibləri risklərini yenidən qiymətləndirməyə başlayıblar. Buna əlavə olaraq, İranla Türkiyə arasında qaz kəməri ilə tədarüklə bağlı qeyri-müəyyənlik də mövcuddur. Əgər bu həcmlər azaldılarsa və ya dayandırılarsa, Ankara, ehtimal ki, “Spot LNG” bazarından əlavə partiyalar almağa məcbur qalacaq.

Kovataru hesab edir ki, bu hadisələrin hər biri ayrıca götürüldükdə idarəolunandır. Lakin birlikdə onlar qlobal qaz bazarında sinxron şəkildə sərtləşməyə səbəb olur.

Tarix
2026.03.04 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla