Yuxarı

Pəhləvini lağa qoydular: Adım Adolfdur, babam atanızı... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pəhləvini lağa qoydular: Adım Adolfdur, babam atanızı... - Video

Rusiyada siyasətçilərə etdikləri zarafatlarla məşhurlaşan Vovan və Leksusun budəfəki hədəfi İran şahının oğlu, vəliəhd Rza Pəhləvi olub.

Axar.az Savashmedia.az-a istinadla xəbər verir ki, komediyaçılar görüntülü zəng edərək özlərini Rza Pəhləviyə Almaniya kansleri Fridrix Merzin müşavirləri kimi təqdim ediblər. Rza Pəhləvi onların təqdim etdikləri kimliyə inanıb.

Saç və bığ qoyaraq özünü Adolf Hitlerə bənzədən komediyaçı Rza Pəhləviyə “Sizə bildirim ki, mənim babam sizin atanızı tanıyırdı, o, alman ordusunda xidmət edib, 1940-ci illərdə Tehranda agent kimi fəaliyyət göstərib” deyib.

Komediya ustasının nə görünüşü, nə dedikləri, nə də adının Adolf olması Rza Pəhləvini şübhəyə salıb, o, inamla çıxışına davam edib.

Danışıq zamanı komediyaçı Almaniyanın İrana qarşı hərbi əməliyyatlara hazırlaşdığını bildirib:

“Sizi inandırım ki, alman ordusu bu dəqiqə İrana hərbi əməliyyata başlaya bilər. Bizim “Taurus” raketlərimiz var və kəşfiyyatımız İranı bombardman etməyə hazırdır”.

Rza Pəhləvi isə bu ssenariyə inanaraq Avropanın İrana qarşı daha sərt mövqe tutmalı olduğunu deyib:

“Təkcə israillilər və amerikalılar deyil, daha çox insan bu səlib yürüşünə qatılmalıdır. Almaniyanın belə bir qəti mövqedə olmasından məmnunam”.

Tarix
2026.03.05 / 00:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla