Yuxarı

Ərdoğandan İrana: Səhvə yol verməyin!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan İrana: Səhvə yol verməyin!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana edilən pilotsuz təyyarə hücumunu pisləyib.

Axar.az xəbər verir ki, Ankarada sənətkarlar və sahibkarlarla keçirilən iftar məclisində o, Azərbaycan dövlətinin başçısı ilə telefon söhbətindən danışıb.

“Qardaşım İlham Əliyevlə söhbətimdə Naxçıvan Muxtar Respublikasına edilən hücumdan təəssüfləndiyimi bildirdim və onu pislədim”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Dövlət başçısı həmçinin ötən gün Türkiyənin cənub sərhədi yaxınlığında İran raketinin vurulmasını da xatırladıb.

“Biz İran tərəfinin diqqətini Türkiyə ilə dostluğun əhəmiyyətinə çəkdik və mehriban qonşuluq münasibətlərinə xələl gətirəcək səhvlərə yol verməməyə çağırdıq”, - deyə o qeyd edib.

Türkiyə liderinin sözlərinə görə, Ankara bölgədə qan tökülməsinin və eskalasiyanın dönməz hala gəlməsinin qarşısını almaq üçün diplomatik səylərini davam etdirir.

“Əminəm ki, Türkiyə bu regional turbulentlik zolağından uğurla çıxacaq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Tarix
2026.03.06 / 00:01
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla