Yuxarı

SEPAH Xameneini satmış komandanı edam etdi - İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
SEPAH Xameneini satmış komandanı edam etdi - İddia

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin sabiq komandanı İsmayıl Qaanini edam edib.

Axar.az Savashmedia.az-a istinadla xəbər verir ki, bunu Birləşmiş Ərəb Ərəb Əmirliklərinə məxsus "Nasional" (The National) portalı yazıb.

Saytın yazdığına görə, İsmayıl Qaani İsrail kəşfiyyatına (MOSSAD) agentlik ittihamı ilə martın 4-də saxlanılıb. Martın 5-də isə edam edilib.

Qeyd edək ki, nə SEPAH, nə də İran rəsmi dairələri İsmayıl Qaaninin edamını təsdiqləyib.

Xatırladaq ki, İranın ali rəhbəri Seyid Əli Xamenei və İranın onlarla yüksək vəzifəli rəsmisi 28 fevralda ABŞ ilə İsrailin birgə hücumu zamanı həlak olub. İsrail və ABŞ rəhbərliyi Xameneinin olduğu yerin koordinatlarını kəşfiyyat məlumatı əsasında əldə etdiklərini bildiriblər. Bundan sonra şübhə oxları Xameneinin və digər İran rəsmilərinin öldürüldüyü gün iclası hücumdan bir müddət öncə tərk edən Qüds Qüvvələrinin komandanı İsmayıl Qaaniyə çevrilib.

İsmayıl Qaani bundan əvvəl də müxtəlif illərdə iki dəfə (2024, 27 sentyabr – Hizbullah lideri Həsən Nəsrullah sui-qəsdi; 2025, 13-24 iyun - yüksək rütbəli İran zabitlərinin və nüvə alimlərinin öldürüldüyü İsrail-İran müharibəsi) İsrail hücumlarından sağ çıxıb. İ.Qaaninin adı 2025-ci ildə də şübhəli kimi hallanıb.

Tarix
2026.03.07 / 00:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla