Yuxarı

Çin İrana hərbi yardım edir və təzyiq göstərir ki... - CNN

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin İrana hərbi yardım edir və təzyiq göstərir ki... - CNN

ABŞ-da Çinin İrana maliyyə yardımı, eləcə də raket ehtiyat hissələri və komponentləri verməyə hazırlaşdığına dair kəşfiyyat məlumatları var.

Axar.az xəbər verir ki, bu barədə CNN-in məsələ ilə tanış olan üç mənbəyə istinadən verdiyi məlumatda bildirilib.

Nəşr vurğulayır ki, Pekin indiyə qədər ABŞ-İran müharibəsindən kənarda qalıb. Lakin jurnalistlər xatırladıblar ki, Çin İran neftindən çox asılıdır və gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsinə icazə verməsi üçün Tehrana təzyiq göstərir.

Mənbələrdən biri nəşrə bildirib ki, Çin dəstəyində daha ehtiyatlıdır. O, enerji təchizatını təhdid etdiyi üçün müharibənin bitməsini istəyir.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatın ilk dəqiqələrində endirilən zərbələrlə İran ali lideri Əli Xamenei başda olmaqla, 40-a qədər yüksək vəzifəli məmur və hərbi komandir öldürülüb.

İran buna cavab olaraq İsrailə və ABŞ-ın regiondakı hərbi obyektlərinə zərbələr endirir.

Tarix
2026.03.07 / 09:32
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla