Yuxarı

Bu rusların AB ölkələrinə girişi qadağan olunur - Məktub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu rusların AB ölkələrinə girişi qadağan olunur - Məktub

Avropa Birliyinin bəzi ölkələrinin liderləri Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmiş Rusiya vətəndaşları üçün viza qaydalarının sərtləşdirilməsinə çağırış edib.

Axar.az xəbər verir ki, bu barədə “Politiko”nəşri məlumat yayıb.

Məlumata görə, bununla bağlı məktub Avropa Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Leyenə ünvanlanıb. Məktubu Almaniya kansleri Fridrix Merz və Polşanın Baş naziri Donald Tusk da daxil olmaqla, Avropanın 8 lideri imzalayıb.

Sənəddə qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə sərbəst hərəkət rejiminin tətbiq olunduğu Şengen zonasının daxili təhlükəsizliyi üçün uzunmüddətli risklər yarada bilər.

Məktub müəllifləri xəbərdarlıq ediblər ki, demobilizasiya olunmuş rus hərbçiləri və ya rotasiya üçün cəbhədən qayıdanlar Avropa Birliyi ölkələrinə getməyə cəhd edə bilərlər. Bu isə təşkilatlanmış cinayətkarlığın, zorakı hüquq pozuntularının və ya düşmən dövlətlərlə bağlı fəaliyyətlərin artmasına səbəb ola bilər.

“Xüsusi narahatlıq doğuran məqam ondan ibarətdir ki, rus hərbçilərinin əhəmiyyətli hissəsi həbsxanalardan cəlb olunub”, – məlumatda vurğulanıb.

Tarix
2026.03.14 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla